Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-05-2024 , 20:59

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Abdulla Məmmədov: “Bələdiyyə büdcəsinin imkanı daxilində yardımlarla bağlı bütün müraciətlər öz həllini tapır”

“Sədr vəzifəsini icra etdiyim gündən bəri vətəndaş məmnunluğunun təmin edilməsi üçün bələdiyyədə ciddi işlər görülür.  Məlumat lövhəsində qəbul günləri həftənin II-IV günlər qeyd olunsa da qalan iş günlərində də müraciət edən vətəndaşlar qəbul edilir, problemləri ilə yaxından tanış olunur, bələdiyyə olaraq  lazımi qədər köməklik göstərməyə çalışırıq“- bu fikirləri Suraxanı rayonu Zığ bələdiyyəsinin sədri Abdulla Məmmədov bildirib.

Sədr bildirib ki, müraciətlər bələdiyyənin səlahiyyətlərinə aid olduğundan dərhal işin icrasının yerinə yetirilməsinə göstəriş verilir. Bələdiyyəyə aid olmadığı halda isə  aidiyyatı üzrə digər  orqanlara göndərilir.

Ay ərzində bələdiyyəyə 15-20 nəfər müraciət edir. Müraciətlərin mövzusu əsasən yardım, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş evlər , torpaq növbəsinə qeydiyyata alınması, torpaq və əmlak vergisinin yenidən hesablanması ilə bağlı olur.

Bələdiyyə büdcəsinin imkanı daxilində yardımlarla bağlı bütün müraciətlər öz həllini tapıb. “Zığ-1” sürüşmə sahəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlərə  əvvəlki torpaq sahələrinə uyğun olaraq yeni yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi Zığ Bələdiyyəsi tərəfindən təmin olunmuşdur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər